Elhan Şahinoğlu: Kreml ya ikili oynayır, ya ki, Rusiyadakı ermənilərinə nəzarət edə bilmir

Elhan Şahinoğlu: Kreml ya ikili oynayır, ya ki, Rusiyadakı ermənilərinə nəzarət edə bilmir
13 Ocak 2021 - 19:24

Rusiya prezidenti Vladimir Putinin vasitəçilyi ilə yanvarın 11-də Moskvada azərbaycanlı və erməni həmkarıyla üçtərəfli görüş keçirildi. Kreml sahibi görüşün nəticəsindən razı qaldığını bildirdi. Kremlin nəzarətindəki media da görüşü uğurlu adlandırıb.
Buna baxmayaraq, Rusiyadakı ermənilər Moskva bəyanatına imza atan Nikol Paşinyanı batırmaq üçün əllərindən gələni edirlər. Məsələn Rusiya ermənilərinin lideri Ara Abramyan əvvəlcə Paşinyana ultumatum elan etdi ki, “Moskvaya gəlmə”, bu alınmadıqda Ermənistanın Rusiya səfirliyi qarşısında etiraz təşkil etməyə çalışdı. Kremlin nəzarətindəki və erməni jurnalist Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” agenltliyinin Ermənistandakı ofisi olan “Sputnik Ermənistan” faktiki Paşinyan əleyhinə olan qüvvələrin informasiya ruporuna çevrilib. Paşinyan əleyhinə ən sərt, bəzən isə təhqiramiz yazılar məhz “Sputnik Ermənistan” agentliyində yayınlanır. Misal üçün agentlik dünənki Moskva görüşü barədə yazı yayınlamaq əvəzinə “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dolar zərər vurub” və “Ermənistan Sünikdə nə qədər torpaq itirdi” yazılarını yayınlayıb.
Kreml Ara Abramyanın da ipini yığa bilər, Marqarita Simonyana da deyə bilər ki, “hələ ki, Paşinyan bizə lazımdır, onu az tənqid edin”. Kreml bunları etmirsə, demək Paşinyana qarşı kökə və qamçı siyasətindən çıxış edir. Kreml bir tərəfdən Paşinyana imzaladığı 10 noyabr və 11 yanvar bəyanatlarını yerinə yetizdirir, digər tərəfdən Ara Abramyan və Marqarita Simonyan kimilərdən istifadə edərək Ermənistanın baş nazirini qamçılayaraq ona təzyiqini davam etdirir. Yəni Kreml keçmişdə zəhləsi getdiyi Paşinyana demək istəyir ki, “Sən artıq bizim əlimizdəsən”.

Elhan Şahinoğlu kafkassam

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

https://kafkassam.com

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum