Dr. Muhtar BEYDILI: Bu Bayram Zəfərə inananların bayramıdır

ZƏFƏR  BAYRAMI münasibətiylə Sizi, tüm Türk Milletimizi təbrik edirəm. Bu bayram zəfərə inananların bayramıdır.

Dr. Muhtar BEYDILI: Bu Bayram Zəfərə inananların bayramıdır
12 Kasım 2021 - 11:50 - Güncelleme: 12 Kasım 2021 - 20:54

ZƏFƏR  BAYRAMI münasibətiylə Sizi, tüm Türk Milletimizi təbrik edirəm. Bu bayram zəfərə inananların bayramıdır. Bir il bundan əvvəl bir tərəfdən 28 illik işğala son verdiyimiz üçün sevindik, bir tərəfdən igid oğullarımızı şəhid verdiyimiz üçün üzüldük.

Türk Dünyasının qapısı Qarabağın, Qalası Şuşa şəhərinin dəyərli başqanımız, İlham Əliyevin liderliyində şanlı ordumuz tərəfindən azad edilməsinin bir ili tamam oldu.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Can Ata Vatan Azərbaycan xalqı ve Türk Dünyası üçün və biz İmadəddin Nəsimi övladları Hələb Türkmənləri olarak böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Can Ata Vatan Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır.

Başını dik tut Can Ata Vatan Azərbaycan sən buna layiqsən. Zəfər Günümüz mübarək olsun. Bizə bu şərəfli günü bəxş edən Şəhidlərimizi, Qazilərimizi hörmətlə, minnətlə, dualarla  yad edirik. Haqqınız əsla ve əsla ödənməz.

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!

Dr.Muhtar Fatih BEYDİLİ
Suriya Türkmən Təbiblər Birliyinin sədri
Dünya Türkmənləri Humanitar Dərnəyinin üzvü


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum