CƏVAHİR TANRIVERDİ YAZDI: ARZU

  CƏVAHİR TANRIVERDİ YAZDI: ARZU
03 Mart 2023 - 19:44 - Güncelleme: 03 Mart 2023 - 20:05
 CƏVAHİR TANRIVERDİ
Sosial İqtisadi Kollecin müəllimi
 PRİTÇA

                                                      ARZU
         Cənab bu dəfə də işə getdiyi gün tezdən yuxudan oyana bilməmişdi. Ənənəvi tələsik hərəkətlərini bu gün də təkrar etdi. Tələsik bir əli ilə corabını geyinərkən eyni anda digər əlini köynəyini geyinmək üçün hərəkət etdirirdi.
Maraqlısı bu idi ki, işə getmədiyi günlərdə səhərin gözü açılmamış cənabın gözləri açılırdı. Saat 5-dən, 6-dan sonra yuxusu belə gəlmirdi. Cənabın zamansız vaxtda yuxusu gələr, zamansız vaxtda yuxusu qaçar, zamansız vaxtda iştaha gələr, zamansız vaxtda rəqs etmək könlünə düşər və s. Bu zamansızlıq onu çox yormuşdu. Bu yorğunluq cənabın ürəyində qeyri-adi bir arzunun yer tapmasına səbəb oldu. Arzunun qeyri-adiliyi onun heç vaxt yerinə yetməmək kimi bir xüsusiyyətə malik olması idi. Cənab da bunu yaxşı bilirdi. Yaxşı bilirdi, amma bu arzunun xəyalı belə cənaba yaşadığı psixoloji yorğunluğunu yüngülləşdirməkdə kömək etdiyi üçün o, arzusunun quluna çevrilmişdi. Onun arzusu ili, fəsli, ayı, günü, gecəni, gündüzü, zamanı, saatı, dəqiqəni, saniyəni, anı belə özünün idarə etmək istəyi idi.

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum