BOZ QURD

12 Temmuz 2024 - 09:21
BOZ QURD
Ramazan QAFARLI
Dunyamızın güzaranı çox ağırdı,
Yay girəndən göydən yerə od yağırdı,
Uca Tanrı buludları tez çağırdı,
Yağış yağdı, qayaları gün yaladı,
Doğuldu Qurd - ən igidi boz baladı.
Boz Qurd gəldi Türk elinə arxa, dayaq,
Ədalətli xilaskarı alqıslayaq.
Yay ötüşsün, boz dağlarda biz qışlayaq,
Boz Qurd haqqı yer üzünə paylayacaq,
Dar günündə hamı onu haylayacaq.
Bilirsizmi nələr olub bu dünyada?
Türk yurduna gətiriblər bəla, qada,
Doğramağa qılınc verib şeytan yada.
Çadırlarda insanları yandırıblar,
Cəlladları şər, böhtanla qandırıblar.
Soyqırımla Türkün kökü üzülürdü,
Oxlananlar boz çöllərə düzülürdü.
Tək dörd türkün qanı hələ süzülürdü,
Onlar qaçıb qurtarmağa can atırdı,
Düşmən çatsa, Türkün qanı tam batırdı.
Boz Qurd çıxır qarşısına dörd kişinin,
Cığır açır yardımıyla ağ dişinin,
Gücünə bax, ustasıdır qurd işinin.
Xanın oğlu, ərən dostu gösdən itir,
İki igid xanımıyla təkrar bitir.
Boz Qurd iki ailəyə vətən tapır,
Bu dörd kişi neçə illər nəsil yapır.
Doğulanlar öz ovunu göydə qapır.
Çoxaldıqca Boz Qurd nəsli adlanırlar,
İllər sonra yurda dönüb şadlanırlar.
Boz Qurd Türkun xilaskarı, hamisidir,
Bütovlükdür, türk soyunun hamısıdır.
Hər bir Türkün vicdanıdır, namusudur,
Böyük Turan bələdçisi, bayraqdarı,
Boz Qurd Türkün qürur yeri, dövlət, varı...
11 Temmuz 2024
Ramazan QAFARLI
Dunyamızın güzaranı çox ağırdı,
Yay girəndən göydən yerə od yağırdı,
Uca Tanrı buludları tez çağırdı,
Yağış yağdı, qayaları gün yaladı,
Doğuldu Qurd - ən igidi boz baladı.
Boz Qurd gəldi Türk elinə arxa, dayaq,
Ədalətli xilaskarı alqıslayaq.
Yay ötüşsün, boz dağlarda biz qışlayaq,
Boz Qurd haqqı yer üzünə paylayacaq,
Dar günündə hamı onu haylayacaq.
Bilirsizmi nələr olub bu dünyada?
Türk yurduna gətiriblər bəla, qada,
Doğramağa qılınc verib şeytan yada.
Çadırlarda insanları yandırıblar,
Cəlladları şər, böhtanla qandırıblar.
Soyqırımla Türkün kökü üzülürdü,
Oxlananlar boz çöllərə düzülürdü.
Tək dörd türkün qanı hələ süzülürdü,
Onlar qaçıb qurtarmağa can atırdı,
Düşmən çatsa, Türkün qanı tam batırdı.
Boz Qurd çıxır qarşısına dörd kişinin,
Cığır açır yardımıyla ağ dişinin,
Gücünə bax, ustasıdır qurd işinin.
Xanın oğlu, ərən dostu gösdən itir,
İki igid xanımıyla təkrar bitir.
Boz Qurd iki ailəyə vətən tapır,
Bu dörd kişi neçə illər nəsil yapır.
Doğulanlar öz ovunu göydə qapır.
Çoxaldıqca Boz Qurd nəsli adlanırlar,
İllər sonra yurda dönüb şadlanırlar.
Boz Qurd Türkun xilaskarı, hamisidir,
Bütovlükdür, türk soyunun hamısıdır.
Hər bir Türkün vicdanıdır, namusudur,
Böyük Turan bələdçisi, bayraqdarı,
Boz Qurd Türkün qürur yeri, dövlət, varı...
11 Temmuz 2024
FACEBOOK YORUMLAR