Bayrağı qaldıran əsgər

Bayrağı qaldıran əsgər
09 Kasım 2024 - 11:15 - Güncelleme: 09 Kasım 2024 - 11:23


Bayrağı qaldıran əsgər


Gülyaz Eliyeva


Ey müharibə meydanında bayrağı daşıyan əsgər,
O vətəndir, əlindəki,
O “Amin”dir, dilindəki,
O inamdır, könlündəki,
O sevgidir, qəlbindəki
Başın üstdə saxladığın…,
Əlində tutduğun nədir,
bilirsənmi?!
Vətənimin şərəfidir,
Torpağımın qeyrətidir,
Üç rəngli, ay-ulduzlu bayraq.
Babaların əmanəti,
şəhidlərin sədaqəti,
Körpələrin sabahıdır,
Vətənimin vüqarıdır.
Dövlətimin üzağlığı,
Onun aydın səmalarda
Yellənməsi ..
Mədfənimdir,
məskənimdir,
Sancıldığı
şəhid qanı ilə suvarılmış
torpaq!
Adi qara torpaq deyil,
Bir şəhidin məzar daşı,
Bir əsgərin qürur yeri,
Onun sancıldığı məkan.
Onun dalğalandığı səma,
Şəhid ruhların gəzdiyi məkan,
Ağdamlısan, şuşalısan, laçınlı, ya cəbrayıllı – fərqi yoxdur,
Bu torpağımın oğlusan,
Demək, mənim qardaşımsan!
Ey bayraq yolunda can verən əsgər!
Bayrağı canından əziz sanmısan!
Uğrunda sevərək şəhid olmusan!
Olmusan ki, vətən basılmasın, torpaq azalmasın, şərəf tapdanmasın!
Bir kərə yüksələn bayraq
Bir daha enməsin!
Son nəfəsdə son kəlmən “ana”,
Gözündə əksi qalan bayraq olub.
Ey müharibə meydanında
Bayrağı şərəflə daşıyıb
Uğrunda can verən əsgər!
25.10 2019.
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum