BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçirilib

BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçirilib
01 Şubat 2021 - 15:01

31 yanvar 2021-ci il tarixində “Bütöv Azərbaycan Ocaqları”nın (BAO) Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçirilib.

Yığıncağa sədrliyi bu yığıncağa hazırlıq üzrə yaradılmış Təşkilat Komitəsinin (TK) sədri Araz Şamil edib. Yığıncağın katibi isə həmin Təşkilat Komitəsinin üzvü Şirvani Ədilli olub.

Yığıcaqda öncə BAO başqanı Zahir Əlisoyun öz başqanlığı dövrü haqqında hesabatı dinlənilib. Hesabat səsə qoyularaq qənaətbəxş hesab olunub.

Sonra təşkilatın Nizamnamə və Məramnaməsi bəzi dəyişikliklərlə qəbul edilib. Həmçinin, Mehriban xanım Vəzir, Hüsniyyə xanım Əliyeva, Paşa Həsənli, Hakim Sadiqli, Faiq Quliyev, Natiq Ulubəy, Şahlar Hacıyev, Aydın Şükür, Aydın Qasımlı (Mədətoğlu), Şirvani Ədilli və Araz Şamil Mərkəzi Şura (MŞ) üzvlüyünə, Yusif Baba, Seymur Mürsəl, Saday Quliyev, Tural Elçin və Kənan Hüseynzadə Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) üzvlüyünə seçiliblər.

Səsvermənin nəticəsində Zahir Əlisoy yenidən növbəti 2 il üçün BAO başqanı olub.

Yığıncağın sonunda Zahir Əlisoyun təşkilatın gələcək inkişaf istiqamətləri ilə bağlı çıxışı dinlənilib.

BAO İnformasiya Xidməti.

Bakı, 31 yanvar 2021-ci il.

https://kafkassam.com/
 


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum