Azerbaycan ile Ermenistan arasındaki müzakereler kızışıyor

Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile Avrupa Konseyi Başkanı Charles Michel arasındaki telefon görüşmesinin yanı sıra Rusya Dışişleri Bakanlığı'nın Azerbaycan-Ermeni ilişkilerinin normalleştirilmesi Özel Temsilcisi İgor Khovayev'in 25 Nisan'da kabulü sırasında yapılan görüşmeler, imza müzakerelerinin imzalanmasıyla ilgili görüşmelerin gerçekleştiğini gösteriyor. bir barış anlaşması yoğunlaştı.

Azerbaycan ile Ermenistan arasındaki müzakereler kızışıyor
25 Nisan 2022 - 18:45 - Güncelleme: 25 Nisan 2022 - 18:52
Ermenistan Başbakanı Nikol Paşinyan geçen hafta Rusya'ya resmi bir ziyarette bulundu. Moskova'dan döndükten sonra Brüksel anlaşmalarının akıbeti konusunda çelişkili açıklamalarda bulundu ancak bugüne kadar varılan anlaşmalardan geri adım atamayacağının da farkındaydı.
 

Proseslərin təhlili göstərir ki, Ermənistan rəhbərliyi uğursuz siyasi manevrlərlə danışıqlar prosesinin Rusiya ilə Qərb arasında geosiyasi rəqabət mövzusuna çevrilməsinə çalışır. Rusiya və Avropa İttifaqının danışıqlar prosesinin gündəliyində dayanan məsələlərə münasibətdə eyni mövqedən çıxış etməsi isə rəsmi İrəvanı ciddi şəkildə narahat edir. Odur ki, Paşinyan və komandası müxtəlif ziddiyyətli açıqlamalar verməklə, müəyyən suallar doğuran addımlar atmaqla öhdəliklərdən yayınmaq istəsə də, gec-tez bunun heç bir faydası olmadığını anlamalı olacaqlar.

Azərbaycan postmüharibə dövründə yürütdüyü çevik xarici siyasət və diplomatiya nəticəsində regionda sabitliyə və genişmiqyaslı iqtisadi əməkdaşlığa xidmət edən sülh gündəliyinin həm Rusiya, həm də Avropa İttifaqı tərəfindən qəbuluna nail olub. Moskva və Brüsseldə Bakının sülh prosesində tam səmimi mövqe tutduğuna heç bir şübhə yoxdur.

İrəvandan fərqli olaraq, Bakı danışıqların hansısa qlobal güc mərkəzinin inhisarına alınmasına, sülhyaratma prosesində üstün tərəf kimi çıxış etməsinə maraqlı deyil və bunu yolverilməz hesab edir.

İki ölkə arasında danışıqlar prosesi həm Brüssel, həm də Moskvanın vasitəçiliyi əsasında aparılsa da, proses ümumən rəsmi Bakının önə çəkdiyi prinsip və meyarlara söykənir: Ermənistan və Azərbaycanın biri-birinin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası.

Ermənistan Azərbaycanın danışıqlar üçün irəli sürdüyü 5 prinsipi qəbul etdiyini artıq bəyan edib. Lakin bəzi hallarda nümayiş etdirdiyi destruktiv yanaşmalar rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmadığını, danışıqlar prosesinin pozulmasına çalışdığını göstərir. Bunun əsas səbəblərindən biri də daxildəki revanşist və ultra-millətçi qüvvələrin, habelə xaricdəki diaspor qurumlarının Paşinyan hakimiyyətinə təzyiq cəhdləridir.

Aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribat-diversiya qrupunun aşkarlanması və diversantların geri çəkilməyə məcbur edilmələri rəsmi İrəvanın qeyri-səmimiliyini bir daha təsdiqləyir. Aşkar görünür ki, qarşı tərəf müxtəlif vasitələrlə aprelin 6-da Brüsseldə əldə olunmuş razılaşmaların icrasını yubatmağa çalışır.

Prezident İlham Əliyev Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında sülh müqaviləsinin imzalanması ilə bağlı təklif və təşəbbüslərin Ermənistan tərəfindən düzgün dəyərləndirilməsi vacibliyini, bunun əksinin təcavüzkar ölkəyə ağır baha gələ biləcəyini bir daha açıq bəyan edib;

Müxtəlif pozucu və destruktiv addımlarına baxmayaraq, Paşinyan hakimiyyəti danışıqların intesivləşdirilməsi ilə bağlı təşəbbüslərə qarşı çıxmaq, prosesi yubatmaq imkanında deyil. Bu, indiki halda Ermənistanın ən azı Avropa İttifaqı tərəfindən vəd olunan 2,6 milyard avro civarında maliyyə yardımı və güzəştli kreditdən məhrum olması deməkdir. Çünki Brüssel İrəvanın öhdəliklərindən qaçmasını sakit qarşılaya bilməz. Ukraynada davam edən hərbi əməliyyatlar fonunda Qərblə münasibətləri tamamilə korlanan, ümumən dünyadakı siyasi nüfuzu zədələnən Rusiya da Ermənistanla Azərbaycan arasında danışıqların arxa plana keçməsində, son 1 il yarımda əldə olunmuş razılaşmaların icrasının yubanmasında maraqlı tərəf təsiri bağışlamır. Bunun əsas səbəblərindən biri də bölgədəki sülh və iqtisadi inteqrasiya proseslərinin, eləcə də 3+3 regional formatının reallaşmasının rəsmi Moskvanın maraqlarına cavab verməsidir.

Gürcüstanın Qərbin anti-Rusiya koalisiyasına qoşulması rəsmi Moskvanın bu ölkədən kənar dayanıqlı və etibarlı nəqliyyat, dəmiryolu dəhlizləri əldə etmək istəyini daha da gücləndirir. Tətbiq edilən uzunmüddətli sanksiyalar fonunda indi Rusiya tərəfi Zəngəzur dəhlizinin reallaşmasında kifayət qədər maraqlı görünür.

Prezident İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edərkən sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb.

Dövlət başçısı aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında da Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-İrəvan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Bu, ölkəmizin sülhün əldə olunması üzrə danışıqlar prosesinə tam hazır olduğunu bir daha təsdiqləyir.

Aprelin 25-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri reallaşan sayca ikinci telefon danışığı, aparılan birbaşa müzakirələr əldə edilmiş razılaşmaların praktik həll müstəvisinə keçdiyini göstərir. Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri, Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkilinə dair razılıq əldə etmələri prosesin intensivləşməsini daha bir real göstəricisidir.

https://apa.az/az/siyasi/azerbaycanla-ermenistan-arasinda-danisiqlar-intensivlesir-tehlil-699996
APA
 Analytics


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum