Azərbaycanın görkəmli dilci alimi professor Əbdüləzəl Dəmiçizadə
08 Haziran 2023 - 09:31 - Güncelleme: 08 Haziran 2023 - 10:35
Azərbaycanın görkəmli dilçi alimi professor Əbdüləzəl Dəmiçizadə
Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (8 iyun 1909, Şəki – 1979, Bakı) — görkəmli dilçi-alim, filologiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan EA-nın müxbir üzvü (1955), Azərbaycan SSR Əməkdar elm xadimi (1973), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Ə.M.Dəmirçizadənin ibtidai və orta təhsilini Şəkidə almışdır. Əvvəlcə, 1917-1922-ci illərdə "Həqiqətül-maarif" adlanan yeni tipli məktəbdə, 1923-1924-cü illərdə isə "Şəki nümunə zəhmət" məktəbində təhsil almışdır. Ə.Dəmirçizadə 1925-1927-ci illərdə Şəki Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1925-ci ilin sentyabr ayından Şəki 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ildə onun ilk məqaləsi "Yeni Məktəb" məcmuəsində dərc edilmişdir.
1929-cu ildə Ə.Dəmirçizadə Bakı şəhərinə gəlmiş və BDU-nun Pedaqoji fakültəsinə daxil olmuşdur. Həmin fakültəni bitirdikdən sonra Şəkiyə qayıdıb müəllim işləmişdir. Elmə olan həvəsi Ə.Dəmirçizadəni 1933-cü ildə yenidən Bakıya gətirmişdir. O, ADPU-nun "Dillər" kafedrasına doktorant (aspirant) qəbul edilmişdir. 1936-cı ildə "Türk dili" adlı ilk kitabı, doktoranturanı (aspirantura) qurtardıqdan sonra isə, yəni 1938-ci ildə "Azərbaycan ədəbi dili tarixinin xülasələri" adlı ikinci kitabı işıq üzü görmüşdür.
Dövrün görkəmli alimləri Y.E.Bertels, S.E.Malov və İ.K.Dmitriyev sonuncu kitabın filologiya üzrə fəlsəfə doktorluğu (namizədlik dissertasiyası) kimi müdafiəyə layiq olduğunu bildirmişlər. 1940-cı ildə Ə.Dəmirçizadəyə filologiya üzrə fəlsəfə doktoru (namizədlik) alimlik dərəcəsi verilmişdir.
Dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirən alim 1944-cü ildə "Azərbaycan dilinin tarixi (qədim dövr)" adlı elmi əsəri müdafiə etmiş, 1945-ci ildə isə professor elmi adını almışdır. Ə.Dəmirçizadə 1940-cı ildən 1943-cü ilə qədər BDU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə ADPU-da "Azərbaycan dilçiliyi" kafedralarına rəhbərlik etmişdir. 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunmuşdur. Bu əsərlərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin "Azərbaycan dili tarixi xülasələri" (1938), "M.F. Axundov dil haqqında və Axundovun dili" (1941), "Azərbaycan dilinin tarixi" (1948), "Azərbaycan ədəbi dilinin inkişaf yolları" (1959), "Kitabi-Dədə Qorqud" dastanının dili" (1959), "Azəri ədəbi dilinin tarixi" (1967), "Azərbaycan dilinin tarixi qrammatikası" (1967) və ölümündən sonra çap olunmuş"Azərbaycan ədəbi dilinin tarixi (II hissə)" kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin elm xəzinəsini zənginləşdirmişdir.
Dəmirçizadə nəzəri dilçilik məsələləri ilə yanaşı, təbliği dilçilik problemlərini də həll etməyə çalışmış, "Azərbaycan dili orfoepiyasının əsasları" (1969) kitabını ədəbi tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik və qrammatik şəraitdə təfəffüz məsələlərinə həsr etmişdir. O, etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə "50 söz" adlı orjinal kitab nəşr etdirmişdir.
Azərbaycan dilçiliyi üzrə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da professor Dəmirçizadənin əvəzsiz rolu olmuşdur. Onun elmi rəhbərliyi (məsləhətçiliyi) ilə 50-dən çox fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işini uğurla müdafiə etmişdir.
Görkəmli alimin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş 1973-cü ildə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına, 1974-cü ildə Azərbaycan SSR Dövlət mükafatına, "Qırmızı Əmək Bayrağı" ordeninə və müxtəlif medallara layiq görülmüşdür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Aynurə ƏLİYEVA

FACEBOOK YORUMLAR