AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI VƏ SUVERENLİYİ ƏBƏDİDİR
Ağayeva Gülnarə Mehdi qızı
AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu
Bakı ş. İstiqlaliyyət küç.26.
Baş mütəxəssis
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI VƏ SUVERENLİYİ ƏBƏDİDİR
Açar sözlər: Azərbaycan, Konstitusiya, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev, qanun, hüquq, suverenlik, referendum
Ключевые слова: Азербайджан, Конституция, Общенациональный лидер Гейдар Алиев, Президент Ильхам Алиев, закон, права, суверенитет, референдум
Key words: Azerbaijan, Constitution, National Leader Heydar Aliyev, President Ilham Aliyev, law, rights, sovereignty, referendum
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü kimi tariximizə şərəflə yazılmış elə bir gündür ki, həmin günü müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü qəbul edilmiş Konstitusiyadır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənlik və cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar nəticəsində daha da inkişaf edib, möhkəmlənmişdir. Konstitusiya qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açandır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılmaqla seçicilərin 86 faizinin iştirak edib və onların 91,9 faizinin lehinə səs verməsi yolu ilə seçilmişdir. Azərbaycan xalqının böyük əksəriyyətinin lehinə səs verməsi yolu ilə seçilən Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də məhz konstitusiyanın qəbuludur. Belə ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan bir sənəddir. Müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını təmin edən və hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirən ali bir sənəddir. Hər bir insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərində Konstitusiyada olan qəbul edilmiş qanunlar hesabına müdafiə etmək hüququna malikdir. Müstəqil Azərbaycanın Konstitusiyası şəxsiyyətin toxunulmazlığını, insan həyat və sağlamlığının qorunmasını, layiqli həyat səviyyəsinin təmin olunmasını, humanizm və insanpərvərlik prinsiplərinə əməl edilməsini təmin edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Müstəqil Azərbaycanın Konstitusiyası insan hüquq və azadlıqlarına geniş yer verilməsi və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə əsaslanması ilə seçilir. Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun müasir meyillərinə əməl etməkdədir. Aliliyi qoruyan Azərbaycan Konstitusiyası Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının güclənməsinə, vətəndaşların hüquq və azadlıqlarına etibarlı təminat verilməsinə, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının genişlənməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyevdən sonra Prezident İlham Əliyev Konstitusiyanın qoruyucusuna çevrilərək, ali dövlət hakimiyyətinin, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsinə xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası yeni dövrün tələblərinə tamamilə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanda yaşayan etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tədbiq edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Konstitusiyanın bu şərtlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Konstitusiyamızın əsas şərtlərindəndir. Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biri kimi Azərbaycan xalqının mənafeyinin qorunmasına xidmət edir. Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ili münasibəti ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Azərbaycan xalqının gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək üçün 2025-ci il “Konstitusiya və Suverenlik İli” seçilmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”-nə həsr olunması nəticəsində müasir müstəqil Azərbaycanın uğurları, regionda və dünyada söz sahibliyi daha da artmışdır. Azərbaycan Konstitusiyasının aliliyi sayəsində Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahib olmuş və qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə nail olmuşdur. Azərbaycanın bölgənin ən güclü və qalib dövləti kimi tanınmasında Konstitusiyanın rolu danılmazdır. Belə ki, 2025-ci il milli birlik və həmrəylik ili kimi tarixə yazılmaqdadır. Səməd Şahtaxtinski ““Konstitusiya və Suverenlik İli”: hüquqi, tarixi və müasir perspektivlər” məqaləsində müasir Azərbaycanın Konstitusiyasının inkişaf etdirilməsini geniş şəkildə analiz etmişdir. “Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir. Əminliklə deyə bilərik ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, bu iki mühüm dəyərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək, ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların və gələcək perspektivlərin təhlili üçün unikal imkan yaradacaq” [4, s.10]. Azərbaycan dövləti müstəqillik əldə edəndən sonra qəbul etdiyi Konstitusiyası 30-cu ildir ki, Azərbaycan xalqına şərəflə xidmət edir. Müstəqillik tarixinin ən qüdrətli və mühüm hadisəsi 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən müharibə nəticəsində tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Belə ki, Suverenliyimizi bərpa edən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində ədalət və beynəlxalq hüquq bərpa edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin zəfər müjdələri Konstitusiyanın və Suverenliyin tamlığının sübutu idi. Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinə və Azərbaycan Respublikasının dövlət suverenliyinin prinsiplərinə əməl olunması nəticəsində Azərbaycan Respublikası tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, öz müstəqillik və dövlətçilik əzmini sarsılmadan qorumağa nail olmuşdur. Belə ki, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyünə və suverenliyinə sahibdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi və suverenliyinin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa olundu və bütün dünyaya sübut olundu ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycanın digər elm və təhsil ocaqları kimi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutununda rəhbər və işçi heyəti Azərbaycan Respublikasının Konstitusiyanın və Suverenliyinin qorunmasına xidmət etməkdədir.
Ədəbiyyat:
- Əliyev, Heydər Əlirza oğlu. Azərbaycan xalqının Ümummilli Lideri 1923-2003.Müstəqilliyimiz əbədidir.1-ci kitab.- Bakı.Azərnəşr.- 2023. - S.408.
- Konstitusiya və Suverenlik İli: metodik vəsait:/ tərt. A.Məmmədova; - Bakı, 2025.- S.40.
- Rəhmanzadə, Fazil Şamil oğlu. Qarabağ Azərbaycandır. Bakı: Elm və təhsil, 2022.- S.464.
- Səməd Şahtaxtinski // Səməd Şahtaxtinski ““Konstitusiya və Suverenlik İli”: hüquqi, tarixi və müasir perspektivlər // Şərq qapısı.- 2025.- 12 may.- S.10.
XÜLASƏ
Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinə və Azərbaycan Respublikasının dövlət suverenliyinin prinsiplərinə əməl olunması nəticəsində Azərbaycan Respublikası tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, öz müstəqillik və dövlətçilik əzmini sarsılmadan qorumağa nail olmuşdur. Belə ki, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyünə və suverenliyinə sahibdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi və suverenliyinin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa olundu və bütün dünyaya sübut olundu ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Агаева Гульнара
КОНСТИТУЦИЯ И СУВЕРЕНИТЕТ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ ВЕЧНЫ
РЕЗЮМЕ
В результате соблюдения верховенства закона и принципов государственного суверенитета Азербайджанской Республики на всей территории Азербайджанской Республики, Азербайджанская Республика сумела незыблемо сохранить свою независимость и государственность, несмотря на трудности, оккупации и лишения, с которыми она сталкивалась на различных этапах истории. Таким образом, сегодня азербайджанский народ имеет свое независимое государство, территориальную целостность и суверенитет, достигнутые ценой крови наших героических солдат и офицеров, наших шехидов. В результате освобождения исторических земель Азербайджана от оккупации и полного предоставления суверенитета были восстановлены независимость, суверенитет и территориальная целостность Азербайджанского государства и доказано всему миру, что территория Азербайджанской Республики едина, неприкосновенна и неделима.
Aghayeva Gulnara
THE CONSTITUTION AND SOVEREIGNTY OF THE REPUBLIC OF AZERBAIJAN ARE ETERNAL
SUMMARY
As a result of the observance of the rule of law and the principles of state sovereignty of the Republic of Azerbaijan throughout the territory of the Republic of Azerbaijan, the Republic of Azerbaijan has managed to preserve its independence and statehood unshakably, despite the difficulties, occupations, and deprivations it has faced at various stages of history. Thus, today the Azerbaijani people have their own independent state, territorial integrity and sovereignty achieved at the expense of the blood of our heroic soldiers and officers, our martyrs. As a result of the liberation of the historical lands of Azerbaijan from occupation and the full provision of sovereignty, the independence, sovereignty, and territorial integrity of the Azerbaijani state were restored and it was proven to the whole world that the territory of the Republic of Azerbaijan is unified, inviolable, and indivisible.









FACEBOOK YORUMLAR