Azərbaycan dili haqqında düşüncələrim və ya mənim dilim kimi dil ola bilməz

Eazerbaycanlı müellif Xankişi Məmmədov yazdı: "Azərbaycan dili haqqında düşüncələrim və ya mənim dilim kimi dil ola bilməz"

Azərbaycan dili haqqında düşüncələrim və ya mənim dilim kimi dil ola bilməz
24 Nisan 2022 - 10:24 - Güncelleme: 25 Nisan 2022 - 09:16


Azərbaycan dili haqqında düşüncələrim və ya
mənim dilim kimi dil ola bilməz
Dillər arasında özünə məxsus yeri olan Azərbaycan dili dünyanın ən gözəl və ən zəngin dillərindən biridir. Türk dili ailəsinin oğuz   qrupuna daxil olan dilimizə  heç bir dil tay ola bilməz.
Çünki bu dil Ulu Türkün dilidir!
Çünki bu dil Dədə Qorqudun dilidir!
Çünki bu dil Mustafa Kamal Atatürkün dilidir!
Çünki bu dil Ulu Öndərimiz Heydər Əliyevin  dilidir!
Çünki bu dil qardaşımız Rəcəb Təyyib Ərdoğanın dilidir!
Çünki bu dil qəhrəman sərkərdəmiz İlham Əliyevin dilidir!
Çünki bu dil Mehribanıq dağının zirvəsində bardaş qurub əbədi əyləşmiş                    
Mehriban xanımın dilidir!
Yunus Emre demişkən bilməyənlər nə bilər bizi, bizim dilimiz  bilənlərin dilidir, aqillərin dilidir, alimlərin dilidir!
Çünki bu dil Şəhriyarın, Bəxtiyarın, Məmməd Arazın  dilidir!
Çünki bu dil Xankişi Bəxtiyarın dilidir!
Şeirlərimin birində yazmışam:
 Bu dünyanı oymaq-oymaq dolandım,                                                                                                        
Mənim dilim kimi dil ola bilməz.

Qurban olum uluların ruhuna,
Mənim dilim kimi dil ola bilməz.
Gəzdim neçə-neçə sirli  binələr,                                                                                                                  
Bol gördüm hər yerdə dolu sinələr.                                                                                                            Məni ovsunladı baba, nənələr,                                                                                                                    
Mənim dilim kimi dil ola bilməz.

                       
Dağların başında küləklər deyir,                                                                                                                 
Güllər pıçıldayır, çiçəklər deyir.                                                                                                               Qartallar danışır, mələklər deyir,                                                                                        
Mənim dilim kimi dil ola bilməz.

                       
            Çox qədimdir, əzəlidir dillərin,
            Yerdə, göydə qəzəlidir dillərin,                                                                                                       Gözəllərin gözəlidir dillərin,
            Mənim dilim kimi dil ola bilməz.

            Mat eyləyib neçə-neçə cahili,                                                                                                      Dərin bir dəryadı, yoxdur sahili.                                                                                                                  
Həqiqət dilidir xalqımın dili                                                                                                                        Mənim dilim kimi dil ola bilməz.


            Razıyam yolunda hər zaman ölüm,                                                                                                  Dilimi sevməyən kor olsun görüm.                                                                                                            Kim deyər anamtək "başına dönüm",                                                                                             Mənim dilim kimi dil ola bilməz.
                       
 
Düşmənə nizədi, dosta incədi,                                                                                                       
Başa düşməyənə zülmət gecədi.                                                                                                                    
Mənim dilim Qarabağdı, Göyçədi,                                                                                                  Mənim dilim kimi dil ola bilməz.

            Əslində Qarabağda qazandığımız Zəfər də dilimizin zəfəridir. Çünki igidlərimizə, ərənlərimizə, qəhrəmanlarımıza verilən göstərişlər də, tapşırıqlar da, əmrlər də hər biri ana dilimizdə - Azərbaycan dilində verilib. Bu dildən ilham alıb, igidlərimiz bənzəri olmayan qəhrəmanlıqlar göstəriblər, qələbələr qazanıblar, uğur qazanıblar, zəfər çalıblar? azğın. düşmənlərə dərs veribvlər. Dünyanın əsrlər boyu edə bilmədiklərini qırx dörd gündə ediblər bizim igidlər.  Azərbaycan dilindən qüvvət  alıb, Giziroğlu Mustafabəy kimi "Hay deyəndə haya basıb, Huy deyəndə huya basıb, çörəyimizi yeyib, suyumuzu içib bizə nankorluq eliyən neçə-neçə qansız düşmənləri suya basıblar"  bizim qəhrəman igidlərimiz.
VAR OLSUN TÜRK ELİMİZ!
VAR OLSUN SƏRKƏRDƏLƏRİMİZ! 
VAR OLSUN İGİDLƏRİMİZ!
VAR OLSUN ANA DİLİMİZ!
YAŞASIN ANA DİLİMİZ!
            Yeri gəlmişkən, Ulu Öndərimiz mərhum Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi qəbul olnduğu keçmişi yəqin ki, qədirbilən xalqımız unutmayıb və heç zaman unutmayacaqdır. 1978-ci il aprel ayının 21-də Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddənin "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" təklifi indi də mənim yadımdan çıxmır. O zaman mənim iyirmi üç yaşım varıydı. Elə o vaxtdan da sırğa eliyib qulaqlarımdan əbədi asdım bu sözü. Yeni Konstitusiyamızda da (21-ci maddə) Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi dilimizə olan dərin hörmətdən irəli gəlir. Əlbəttə, Ulu Öndərimiz Heydər Əliyevin və İiham Əliyevin dil məsələsində ortaya qoyduqları bu cür cəsarətli və çox qətiyyətli mövqeləri, onların bu cür tarixi təşəbbüsləri, Vətənə sadiqlikləri, xalqımızın milli mənəvi dəyərlərinə verdikləri ən yüksək qiymət təbii ki, bizim üçün çox böyük və əvəzolumaz bir məktəbdir. 1969-cu ildən başlayan həmin məktəbin layiqli davamçılarından olan İlham Əliyev bu sırada göründüyü kimi bu gün də əvəzsiz liderdir. Və nə yaxşı ki, ulu Tanrı bu şəxsiyyəti bəxş edib millətimizə. Bax budur Allahımızın bizə ən böyük hədiyyəsi.  Bax budur Allahımızın bizə ən böyük bəxşişi. Ona görə deyirlər ki, Allahını tanımayana lənət! Mən də deyirəm ki,  Allahını tanımayana min lənət!
            Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə çox mükəmməl bələd olan və dilimizin qrammatik imkanlarından olduqca səmərəli istifadə etməyi bacarıb və bizlərə öyrədən həm Heydər Əliyev, həm də ulu öndərimizin əvəzsiz və layiqli davamçısı İlham Əliyevə qulaq asdıqca adam həm natiqlərə, həm də bu dilin zənginliyinə və şirinliyinə valeh olur.  Əlbəttə Azərbayca dili haqqında cild-cild kitablar yazılsa da yenə azlıq edər. Çünki, bu dil sirli,  soraqlı, sahili olmayan, kökü yerdən də dərin, zirvəsi dağlardan da uca olan və əlçatmayan bir dildir. Bircə misala çalışıb cavab verək: Hansı dildə üç sözdən ibarət olan bir cümlənin yüz, yüz əlli mənası var? Yəqin ki, bu suala hamı bir cür cavab verəcək: heç bir dilin. Amma bu cür zənginliyə yalnız və yalnız mənim dilim sahibdir. Bax budur Azərbaycan dilinin  böyüklüyü. Bax budur Ulu Türkümün dili. Ona görə qeyd olunan bu səbəblərdən də dilimizə olan hörmət və qayğı bu gün də gündəmdədir.
            Bu yerdə Zəfər günü münasibəti ilə Ana Vətənimizin və Ana dilimizin keşiyində məğrur dayanan bənzərsiz Ali baş komandanımız İlham Əliyev cənablarına yazdığım şoxsaylı şeirlərdən birini də burada verməyi məsləhət bildim. Dilimizə olan əvəzsiz və əbədi sevgimi başqa cür izhar edə bilmədim. Gəlin bir yerdə Azərbaycan dilinin gözəlliyinə, şirinliyinə, incəliyinə bir yerdə diqqət edək:
Yenə Qarabağdan gəlir sorağın,                                                                                      
Zəfərin mübarək, cənab Komandan!                                                                            
O gün Zəngəzurda, Şuşada idin,                                                                                
Zəfərin mübarək, cənab Komandan!                        
Qatı açılmayan xəbərlər gətir,                                                            
Nəğməli gecələr, səhərlər gətir,                                                                        
Qarabağdan təzə zəfərlər gətir.                                                           
 Zəfərin mübarək, cənab Komandan!                       
Cıdır düzündəki çiçəklər deyir,                                                                              
Ərdoğan dağında küləklər deyir,                                                                          
 Bunu mən demirəm, mələklər deyir,                                                                        
  Zəfərin mübarək, cənab Komandan!
Kipriyində nəm görmüyüm heç vədə,                                                                                                  
Zərrə qədər qəm görmüyüm heç vədə.                                                                             

Taleyini kəm görmüyüm heç vədə,                                                                                  
Zəfərin mübarək, cənab Komandan!
Yoxdu bərabərin, yoxdu bənzərin,                                                                            
Çətin gələ bir ölçüyə dəyərin.                                                                                                     
Sənə qurban olsun mənim ürəyim,                                                                           
Zəfərin mübarək, cənab Komandan!
Hər bəndə dünyanı düz görə bilmir,                                                                                                 Düzün düz qiymətin düz verə bilmir.                                                                                                            
Hər adam Sizintək kövrələ bilmir,                                                                                                            Zəfərin mübarək, cənab Komandan!

Ərdoğantək qardaşın var, nə dərdin,                                                                                              
Şuşa kimi daş-qaşın var, nə dərdin.                                                                                 
Mehribantək yoldaşın var, nə dərdin,                                                                                       
Zəfərin mübarək, cənab Komandan!
Xankişi söyləyən axşamlar gəlməz,                                                                                    
Peyğəmbərlər gəlməz, imamlar gəlməz.                                                                                       İmamlar gəlsə də, İlhamlar gəlməz,                                                                                              
Zəfərin mübarək, cənab Komandan!                                                                                  

Zəfərin mübarək, cənab Komandan!
YAŞASIN TÜRK ELİMİZ!
YAŞASIN SƏRKƏRDƏLƏRİMİZ! 
YAŞASIN ANA DİLİMİZ!
QARABAĞ AZƏRBAYCANDIR!
                                                                                  
23.04.2022
                                               

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum