Aqşin Aliyev: Bağışla məni
Azerbaycanlı şair Aqşin Aliyev'in yeni şiiri: "Bağışla məni"
Bağışla məni
İlk dəfə o yerdə görəndə səni,
Əgər gülmüşəmsə, bağışla məni.
Gülüşüm toxunub sənin qəlbinə,
Əgər bilmişəmsə bağışla məni.
Lal kimi baxırdın mənim üzümə,
Gözlərim dəyirdi sənin gözünə.
Səni dəyişmərəm gülüm yüzünə,
Gər dəyişmişəmsə, bağışla məni.
Sənə söz deməyə etmədim cürət,
Yazıldı qəlbimə ayrılıq, möhnət.
Düşdü taleyimə, ömürlük qürbət,
Əgər getmişəmsə bağışla məni.
Əlimdə olmadı heç ixtiyarım,
Çəkirəm cəfasın,eşqin-ilqarın.
Dostumkən sən mənim,dilruba yarım,
Əgər sevmişəmsə bağışla məni.
22.09.2017
FACEBOOK YORUMLAR