Akshin Aliev yazdı: Arzum qəlbmdə qaldı

Azerbaycanlı müellif  Akshin Aliev'in sitemizde yayınlanan ilk şiiri: Arzum qəlbmdə qaldı

Akshin Aliev yazdı: Arzum qəlbmdə qaldı
09 Nisan 2021 - 21:13 - Güncelleme: 10 Nisan 2021 - 10:48

                               Arzum qəlbmdə qaldı.

                     Yenə gəldi fəsli yaz, təbiət bidar oldu,
                     Bülbüllər cəh-cəh vurub, bənövşə açar oldu.
                     Qaynadı  isti qanım, qəlbə vəlvələ saldı,
                     Yenə sevmək istədim, arzum qəlbimdə qaldı.

                     Kimsə bilməyir mənim, qəlbimdəki dərdimi,
                     Kimsəyə bildirmirəm, kədərimi-qəmimi.
                     Yandırdı bu könlümü, cavan canımı aldı,
                     Çarə tapmaq istədim, arzum  qəlbimdə qaldı.

                     Sevmək bir günah deyil, hamı belə söyləyir,
                     Sevgisinə çatmayan, ürəyindən göynəyir.
                     Eşqin dadı zəhərdi, lakin sevənə baldı,
                     Mən də dadmaq istədim, arzum qəlbimdə qaldı.

                     Yaradıbdı qadını,öz hökmüylə tanrımız,
                     Qadın-qadından gözəl  şahidiyik hamımız.
                     Qadının  gözəlliyi yanağındakı xaldı,
                     Xala dəymək istədim, arzum qəlbimdə qaldı.

                     Sevdiyimi görəndə, vurur tez- tez  ürəyim,
                     Əl-ayağım dolaşır, titrəyir bu biləyim.
                     Dilim də topuğ  çalır bu sevdama nişandı,
                     Sevdalanmaq istədim, arzum qəlbimdə qaldı.

                     Kimdə var bu gözəllik, bu cür mirvari gözlər,
                     Bu cür  heyrani baxış ,şirin-şəkərli sözlər.
                     Tanrı sanki mələyi bilərək yerə saldı,
                     Onu sevmək istədim, arzum qəlbimdə qaldı.
                                                                                                 28.03.2019.
                        

                                            Tərcümə hal

Əliyev Aqşin Böyükağa oğlu ― 16.03.1977-ci ildə Lənkəran rayonu Ləj kəndində ziyalı ailəsində anadan olmuşdur. 1983-1994- cü illərdə Lənkəran rayon N.Aslanov adına Ləj kənd tam orta məktəbi bitirib cə 1994-1998-ci illərdə ADPU-nin tarix-filologiya fakültəsinə daxil olub və 1998 –ci ildə Lənkəran dövlət Universitetinin “Tarix “ fakültəsinin bitirib.1998-1999-cu illərədə Həqiqi hərbi xidmətdə olmuş və “rabitəçi” olmşdur.

    2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində “Millətlərarası Əlaqə Mərkəzində” fəxri üzvü seçilib və Rusiya federasiyasının bir çox qəzet və jurnallarında  elmi-publisistik məqalələri yayınlanıb. Müəllifin  100 -ə yaxın elmi publisistik məqalələri müxtəlif saytlarda qəzet və jurallarda Özbək dilinə Dilbər Heydərova və Həsənboy Ğayib, Rus dilinə - Ekatrina Volodina və natali Bisso, İngilis dilinə - Bajena Riçard, Türk dilinə Türkan Ərgör, Nepal dilinə Santoş Kumar Pokarel, Hind dilinə Shuju Karmaçandar, Urdu dilinə Mohammad Şanazar,  Ərəb dilinə - Tagrid fayaz, Tacik dilinə - Abdukaxor Kasim, Türkmən dilinə Araz Muratov Ukrayna dilinə Sergey Dzyuba, İspan dilinə Fernando Rendom  tərəfindən tərcümə olunaraq almanaxlarda dərc olunmuşdur.  Bundan başqa Əliyev Aqşin şeir də yazır və müəllifin 200-ə qədər şeiri var və bu şeirlərmüxtəlif internet saytlarında və jurnallarda kütləviləşib.
  Beləki müəllifin  “Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi(2017), "Qəlbimdəki yeddi bulaq - Haftoni"(2018) ,"Cənub Bölgəsinin Abidələr Ensiklopediyası – I nəşr" (2018), II nəşri(2020), ”Bəhramnamə” (rusca və ingiliscə - 2020),Təhmirə(Tomiris)”(rusca və ingiliscə -2020),Bəhramnamə Azrəbaycanca 2021, masallının memarlıq abidələri və ziyarətgahları(2021)  adlı kitabları işıq üzü gördüb.
    2019 –cu ildə  materikinin ədəbiyyat üzrə  IV Avrasiya beynəlxalq poeziya   festivallar fesitifalının, 2020-ci ild Kolumbiya Beynəlxalq Medlin Poeziya festifalının, 2020-ci il V Ümumrusiya ədəbiyyat festifalının , Ümumrusiya onlayn  poeziya morofonunun qalibidir. O, 2020-ci ildə Avrasiya ölkələri yazıçıları morofonunda “diplomant” və “laureat adına layiq görülmüş, əsərləri İngiltərə, Amerika,  Rusiya, Tacikistan,  Pakistan, Nepal  və Hindistanda dərc olunub. Belə ki, Əliyev Aqşin 2020 – ci ildə dünya üzrə 80 ölkədən  3500 yazıçı, şair və publisistin də qoşulduğu “Dünya beynəlxalq poeziya festifalı” nın qalibi olmuş 27 nəfərdən  biri olmuş və dünyanın  ən yaxşı 27 yazıçıları” sırasına daxil edilmişdir. 2020-ci ildə İndoneziyanın ən üst saytında ingilis dilində “The Khocaly tragedy” adlı məqaləsi işıq üzü görüb.
   2020 – ci ildə Azərbaycan respublikası milli məclisinə VI çağırış növbədənkənar seçkilərə 74 saylı Lənkəran kənd seçki dairəsindən namizəd olmuşdur.”Qızıl çələng” və “Turan”  mükafatının laureatıdır.  2020 –ci ildə Böyük Britaniyanın London şəhərində keçierilən “Gildi Beynəlxalq Poeziya Festifalının” finalisti və  qalibidi və “Mark Tven” medalının namizədidir.  2020-ci ildə  Orta Asiyanın Xalq diplomatiyasının Elitar İttifaqının və Orta Asiya xalqlarının ədəbiyyat və tarix təşkilatı olan “Yanqi ovoz” tərəfindən “Turan birimdiqi” medalı ilə təltif olunmuşdur. 2020-ci ildə Pakista keçirilən onlayn poeziya musabiqəsində qalib olmuş və  “ ayın ən yaxşı yazıçısı” adına layiq görülmüşdür.
Əliyev Aqşin 2021 –ci ildə Rusiyad “Zolototaya Vesna” poeziya festifalının qalibi olmuşdu. Livan ədəbiyyatına göstərdiyi xidmətlərə görə Əliyev Aqşin Böyükağa oğlu Fəxri diplomla təltif olunmuş, 2021 – ci ildə Ukrayna dəbiyyatına göstərdiyi xidmətlərə görə Ukranyna Beynəlxalq Akademiyasına üzüv seçilmiş vəfəxri diplomla təltif edilmişdir.
 Ailəlidir və üç övladı var.
                                                       
[email protected]


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum