Abush Hasanov: Ermənistan necə yarandı?

Abush Hasanov: Ermənistan necə yarandı?
26 Kasım 2020 - 15:13

Müasir Ermənistan ərazisi heç vaxt Ermənistanın olmayıb. Bu ərazilər bizim ulu babalarımız olan alban xalqına məxsus olub. Yəni qərbi alban torpaqları olub. Xəzər dənizindən Van gölünə qədər, Böyük Qafqaz dağlarından Araz çayına qədər olan ərazilər Albaniya dövlətinin ərazisi olub. Burada ermənilər yox, bizim əcdadlarımız olan alban xalqı yaşayıb. Bəs necə olubki bu ərazilər Ermənistanın olub??? Mən demirəm Ermənistan dövləti heç olmayıb. Əlbəttə ermənilərində öz dövlətləri olubdur. Amma Qafqazda yox, Kiçik Asiya yarımadasında (indiki Türkiyə ərazisində). Ağrı dağlarının ətəklərində və Van gölünün sahillərində. Qədimdən farslar Ağrı dağına Armeniya dağı, dağın sakinlərinə isə armeniyalı deyiblər. Erməni sözüdə armeniyalı yəni ağrılı deməkdir. Qədim dövr. Qədimdən bu ərazidə Hit-hit, Urartu və Mitani dövlətləri olub. Sonralar bu əraziləri iranlılar ələ keçiriblər. Makedoniyalı İsgəndər iranlıları məğlub edib bu ərazini ələ keçirsədə, onun ölümündən sonra iranlılar təkrar güclənib yeni bir imperiya Parfiya imperiyasın yaradıb təkrar buraları ələ keçirirlər. Parfiya padşahları işğal etdiyi ərazilərə öz qohumların canişin kimi göndərirdilər. Canişinlik atadan oğula keçirdi. Yavaş-yavaş bu canişinlər yerli əhali ilə qarışıb özlərin idarə etdikləri ərazilərin padşahları elan edirdilər. Bunlardan biridə Armeniya canişini ll Tiqran idi. ll Tiqran parfiyalı olsada onun babaları armeniyalılarla qarışaraq artşasenlər xanədanlığın yaradırlar. ll Tiqran özünü müstəqil padşah elan edərək Parfiyadan ayrıldığın elan edir. Bununla qalmır o parfiyalıların torpaqlarınada hücum edir. O zamanlar Albaniyada Parfiyanın tərkibində olur. Albaniyanıda Parfiyada hakimiyyətdə olan arşakilər sülaləsi idarə edirdi. Onlar ll Tiqranın əmisi oğlanları idilər. Armenyalılar yəni ermənilər parfiyalıları məğlub edərək alban torpaqlarını işğal edirlər. Ancaq ll Tiqranın hakimiyyəti çox çəkmir parfiyalılar və romalılar birləşərək ll Tiqranı məğlub edib taxtdan salırlar. Bundan sonra parfiyalılar alban torpaqların azad edirlər. Bundan sonra Ermənistan (Armeniya) Çarlığı Roma imperiyasından asılı vəziyyətə düşür. Parfiya imperiyasın miladi 226 ildə başqa bir İran dövləti olan sasanilər imperiyası əvəz edir. Sasani-Roma müharibələri dövründə birləşmiş Roma-erməni ordusu “Qərbi Alban Torpaqlarını” (indiki Ermənistanı) işğal edirlər. Və bu əraziləri Ermənistan Çarlığına birləşdirirlər. Ancaq bir qədər sonra birləşmiş sasani-alban ordusu birləşmiş Roma-erməni ordusun darmadağın edərək “Qərbi Alban Torpaqlarını” azad edirlər. Bağlanmış Roma-sasani müqaviləsinə görə 387 ildə Ermənistan Çarlığı ləğv edilərək Roma imperiyasına birləşir. Ermənilərin işğal etdiyi alban torpaqları isə sasanilərin asılığında olan Albaniya Çarlığına geri qaytarılır. Bu hadisəni ermənilər guya Ermənistanın Roma və İran arasında iki yerə bölünməsi kimi qələmə verirlər. Alban torpaqlarına Şərqi Ermənistan (indiki Ermənistan), Armeniyaya (Kiçik Asiyadakı Ermənistana) isə Qərbi Ermənistan deyirlər. Bu hadisədən sonra ermənilər uzun illər romalıların əsarətində qalırlar. Xilafət dövrü. Vll əsrdə müsəlman ərəblər sasaniləri darmadağın edərək İranı, daha sonra isə Albaniya Çarlığını fəth edirlər. Romalılarıda məğlub edib Kiçik Asiyanın şərqini və cənub-şərqini, erməni torpaqlarını fəth edirlər. Xilafət dövründə albanların əksəriyyəti İslam dinini qəbul edib müsəlman olurlar. Ancaq bir qismi xristian olur. Xristian albanlar əsasən İndiki Qarabağda və Albaniyanın qərb bölgələrində məskunlaşırlar. Erməni katolikosları xəlifənin beynin doldurub müstəqil alban kilsəsin ləğv edilməsinə və erməni katolokosluğuna birləşdirilməsinə nail olurlar. Bundan sonra xristian albanlar erməniləşirlər. Xilafətin zəifləməsindən sonra erməniləşmiş xristian albanlar qərbi alban torpaqlarında Syunik Knyazlığın, Qarabağda isə Arsak Knyazlığın yaradırlar. Kiçik Asiyadakı Ermənistanda isə yəhudi əsilli pakratunilər sülaləsi hakimiyyətə gəlir. Albaniyanın şərqində müsəlman alban dövləti olan Şirvanşahlar dövləti və qərbindədə başqa bir müsəlman alban dövləti olan Arranşahlar (Şəddadilər) dövləti yaranır. Beləliklə Albaniya dövlətinin ərazisi Şirvan və Arran olmaqla ikiyə bölünür. Arran Albaniya sözünün dəyişilmiş formasıdır. Pakratuni padşahları və syunik-arsak knyazları İran feodalları və şəddadilər dövləti ilə mübarizə aparırlar. Səlcuqlar dövrü. X əsrdə Orta Asiyadan gələn oğuzlar İranı fəth edərək Səlcuq imperiyasın qururlar. Səlcuqlar şəddadiləri süquta uğradaraq Arranıda fəth edirlər. Şirvanşahlarıda özlərindən asılı vəziyyətə salırlar. Səlcuqlar Syunik və Arsak knyazlıqlarınıda süquta uğradırlar. Və bu əraziləri Arrana birləşdirirlər. Syunik və arsaklıların əksəriyyəti İslam dinini qəbul edirlər. Az bir hissəsi xristian olur. Onlarda Gürcüstana qaçırlar. Səlcuqlar pakratuniləridə məğlub edib süquta uğradırlar və Kiçik Asiyanı tamamilə fəth edirlər. Səlcuqlar dövründə Arrana çoxlu sayda oğuz türkü gəlir onlar yerli müsəlman albanlarla qaynayıb-qarışaraq vahid xalq olurlar (Arran türkləri). Səlcuqların zəifləməsindən və parçalanmasından sonra Arran türkləri, Arran Atabəylər dövlətini yaradırlar. Arran atabəyləri erməni və gürcülərlə mübarizə aparıblar. Monqollar dövrü. Xlll əsrdə monqollar bütün Çini, Orta Asiyanı, İraqı, İranı, Arranı və bəzi Şərqi Avropa ölkələrin işğal edirlər. Bu dövrdə Kiçik Asiyanın cənubunda başqa bir erməni dövləti Kilikya Çarlığı mövcud idi. Xain kilikyalılar monqollarla əlbir olub müsəlman torpaqlarına hücum edib bədheybət monqollarla birlikdə çoxlu sayda müsəlmanı öldürürlər. Əslən qazax türkü olan Misirin milli qəhramanı Məmlük Sultanı l Baybars birləşmiş monqol-erməni ordusunu darmadağın edərək Kilikyanı ələ keçirir. Və Kilikya Çarlığın ləğv edir. Kilikya əvvəl Misir Məmlük Sultanlığının, sonra isə Osmanlı dövlətinin tərkibində olur. Monqolların xaqanı Çingiz xanın nəvəsi Hülakü xan İraqı, İranı və Arranı birləşdirərək Hülakülər imperiyasın yaradır. Şirvanşahları isə özündən asılı vəziyyətə salır. Osmanlı dövrü. Anadolu səlcuq sultanlığı dağılandan sonra onun ərazisində yeni bir türk dövləti olan Osmanlı dövləti qurulur. Çox keçmir osmanlılar 1453 ildə Şərqi Roma imperiyasın süquta uğradıb Şərqi Avropanı fəth edərək Osmanlı dövlətini imperiyaya çevirirlər. 1517 ildə Məmluk Sultanlığını süquta uğradıb ərəb ölkələrini və Şimali Afrikanı fəth edərək Osmanlı imperiyasın bütün sünni müsəlmanların Xilafətinə çevirirlər. Ermənilər bu dövrdə osmanlı türkləri ilə qardaş kimi yaşayırdılar. Osmanlı dövləti ermənilərin bütün iqtisadi, ticari, hüquqi, siyasi, dini və mədəni, mənəvi problemlərin həll edirdi. Erməni xalqı sülh içində yaşayırdı. Hətta Teymurləngin Osmanlıya hücumu ərəfəsində ermənilərlə türklər çiyin-çiyinə teymurilərə qarşı birgə mübarizə aparıblar. Qaraqoyunlu dövrü. Hülaküləri başqa bir monqol sülaləsi olan cəlarilər, onlarıda arranlı oğuz türklərindən olan qaraqoyunlular əvəz edir. Qaraqoyunlu Cahanşah Gürcüstana qaçmış erməniləşmiş xristian albanları yenidən Qarabağa köçürür. Və onlar orada Xaçın Knyazlığın qururlar. Eyni zamanda Osmanlı ərazisindən bəzi erməniləri (erməniləşmiş albanları) Qərbi Arran Torpaqlarına köçürür. Ağqoyunlu dövrü. 1467 ildə qaraqoyunlu dövlətini yenə arranlı oğuz türklərindən olan ağqoyunlular devirirlər. Və İraq, İran və Arran ərazilərin ələ keçirərək Ağqoyunlu Sultanlığını qururlar. Osmanlıda olduğu kimi Ağqoyunlulardada ermənilər (xristian albanlar) sülh içində yaşayırdılar. Səfəvi dövrü. Özlərini imam Əlinin nəslindən olduğunu iddia edən səfəvilər sülaləsi ağqoyunluları darmadağın edərək bütün İraqı, İranı, Arranı, Şirvanı (1538 il), Gürcüstanı, Şimali Qafqazı, Şərqi və Cənubi-Şərqi Anadolunu, Orta Asiyanı, Əfqanıstanı və s ölkələri ələ keçirərək bu ölkələrə şiəliyi yayırdılar. Səfəvilər dövründə sünni Osmanlı dövləti ilə şiə səfəvilər dövləti uzun illər müharibələr aparmışlardır. Bu müharibələr nəticəsində hər iki tərəfdən külli miqdarda insan tələf olmuşdur. Müharibələr əsasən Kiçik Asiya ərazisində gedirdi. Bu müharibələrdə ermənilər kütləvi şəkildə Kiçik Asiyadan (Anadoludan) İran ərazilərinə köçürlər. Əlbəttə bundan əvvəldə bu ərazilərdə ermənilər olub. ll Tiqranın dövründə işğal edilmiş İran ərazilərinə köçən ermənilərin nəsilləri var idi. Amma sonradan kütləvi şəkildə gələrək çoxalırlar. Xanlıqlar dövrü. Səfəvilərin süqutundan sonra İran imperiyası xanlıqlara parçalanır. Səfəvilər Arranı iki yerə, Çuxursədd və Qarabağ bəylərbəyliklərinə bölmüşdülər. Şirvanşahlar dövlətini isə ləğv edib Şirvan bəylərbəyliyin yaratmışdılar. Bu dövrdə arranlı qızılbaş türk tayfaları Şirvana köç edirlər. Və Şirvandakı müsəlman albanlarla qaynayıb-qarışıb vahid xalq olurlar (Arran və Şirvan türkləri). Səfəvilərin süqutundan sonra taxta çıxan Nadir şah bu üç bəylərbəylikləri ləğv edərək bunların ərazilərin Azərbaycan Bəylərbəyliyinə birləşdirmişdi. Ancaq Nadirin ölümündən sonra Azərbaycan özü Təbriz, Ərdəbil, Xoy, Urmiya, Qaradağ, Maku, Sərab və Marağa xanlıqlarına bölünür. Şirvan ərazisi Şəki, Şamaxı, Bakı, Quba, Dərbənd xanlıqlarına bölünür. Qarabağ, Qarabağ və Gəncə xanlıqlarına, Çuxursədd isə İravan və Naxçıvan xanlıqlarına bölünür. İranın mərkəzində isə hakimiyyət üstə türk xanəndanları mübarizə aparırlar. Xaçın Knyazlığının ərazisi 5 məlikliyə bölünür. Xaçın, Dizaq, Vərəndə, Çiləbörd və Talış məlikliyi yaranır. Məliklər Rusiyanın köməyilə müstəqil Albaniya Knyazlığını yaratmaq istəsələrdə Qarabağ xanı Pənahəli xan tərəfindən qılıncdan keçirilirlər. Xaçın, Dizaq, Çiləbörd və Talış məliklikləri ləğv edilir. Əhalisi isə Gəncə tərəfə qaçırlar. Orada Gülüstan qalasına sığınırlar. Sonradan Gülüstan məlikliyin yaradırlar. Vərəndə məliyi isə Pənahəli xana beyət edir. Bacısını Pənahəli xana, qızını isə Pənahəli xanın oğlu İbrahimxəlil xana ərə verir. Bu yolla daxili müstəqillyin qoruyur. İravan xanlığında isə ermənilər (əslində albanlar) az saylı etnik qrup olurlar. Çarizm dövrü. İranın mərkəzində hakimiyyət üstə türk xanəndanları mübarizə aparırdılar. Bu mübarizədə türk xanəndanı olan qacarlar hakimiyyəti ələ keçirirlər. Qacarlar tezliklə Araz çayına qədər olan bütün İran ərazisini birləşdirirlər. Və indiki İİR ərazisini yaradırlar. Amma Arazdan yuxarıda olan torpaqları birləşdirə bilmirlər. Çünki Çar Rusiyası bu əraziləri işğal etmək üçün bura qoşun yeridir. Qacar İranıda bura qoşun yeridir. Və nəticədə Rusiya-İran (Qacar) müharibəsi baş verir. Bu müharibədə ruslar iranlıları məğlub edirlər. 1813 ildə Gülüstan sülh müqaviləsi olur. Müqaviləyə görə İravan və Naxçıvan xaric Arazdan şimaldakı bütün xanlıqlar Rusiyaya birləşir. İran bu torpaqları Rusiyadan almaq üçün 13 ildən sonra yenidən Rusiyaya müharibə elan edir. Və ll Rusiya-İran müharibəsi olur. Bu səfərdə yenə Rusiya qalib gəlir. Türkmənçay müqaviləsi ilə İravan və Naxçıvanda Rusiyaya birləşir. Rusiya Qarabağ və İravanda özünə dini dayaq yaratmaq üçün bu ərazilərə erməniləri köçürür. Qarabağ və İravanda olan ermənilər (əslində albanlar) sayca müsəlman türklərdən (Arran və Şirvan türklərindən) çox az idilər. Ona görə Rusiya İranda yaşayan erməniləri (əsl erməniləri) Qarabağa köçürdür. Beləliklə Qarabağda ermənilər çoxalır. Bu ermənilər vaxtilə Anadoludan İrana köçən əsl ermənilər idilər. Qarabağda yaşayan erməniləşmiş albanlar isə onların 100/1% idilər. Qarabağ ermənilərinin 99% İrandan köç etdirilən vaxtı ilə Anadoludan İrana gələn ermənilərin nəsilləridir. 1% isə erməniləşmiş albanlardır. Türkmənçay müqaviləsindən sonra isə İravan və Naxçıvana Osmanlı İmperiyasının ərazisindən (əsl Ermənistandan) ermənilər köçürülür. Kütləvi şəkildə ermənilər Osmanlıdan (Kiçik Asiyadan) İravan və Naxçıvana köçür. İravan ermənilərinində Qarabağ erməniləri kimi etnik tərkibi dəyişir. Onların 99% Osmanlıdan gələn əsl erməni, 1% isə erməniləşmiş alban olur. Rusiya İravan və Naxçıvanı birləşdirərək Ermənistan Vilayətin yaradır. Ermənistan necə yarandı?. Rusiya Şirvanda Bakı Quberniyasın, Qarabağda Yelizavetopol (Gəncə) Quberniyasın, Çuxursəddə isə İravan Quberniyasın (Ermənistan Vilayətin) yaratmışdı. Çarizm dövründə dünyanın başqa yerlərində olduğu kimi Qafqazdada maarifçilik hərakatı meydana gəlmişdi. Maariflənmə hərakatı eyni zamanda millətçilik hərakatının güclənməsinə səbəb olur. Buda l Dünya müharibəsinə səbəb olur. l Dünya müharibəsi ərəfəsində ermənilərdədə millətçilik hərakatı yaranır. Rusiya və Britaniya imperiyalistləri Osmanlını bölmək üçün ermənilər arasında millətçilik hərakatın yayırlar. Erməni millətçiləri ll Tiqranın işğal edərək yaratdığı və az müddət əlində saxladığı əraziləri birləşdirib qondarma “Böyük Ermənistan” yaratmaq xülyasına düşürlər. Və bir çox siyasi partiyalar quraraq xalqı təşkilatlandırırlar. Erməni Kilsəsidə bu işdə böyük rol oynayır. Sol və millətçi partiya olan Daşnaksütyun (İnqilabi-İttifaq) partiyası l Dünya müharibəsində Osmanlıya arxadan zərbə vuraraq ölkədə terror törədirlər. Çoxlu müsəlman türkü və kürdü öldürürlər. Osmanlı höküməti bunların qarşısın almaq üçün onları Suriya və Livana sürgün edir. Ermənilər bu hadisəni soyqırım günü kimi qələmə verirlər. Sonradan Suriya və Livana köçən ermənilərində bir hissəsi erməni təşkilatlarının dəsdəyilə İravan Quberniyasına köçürlər. 1917 ildə Çar höküməti süqut edir. Bundan sonra Tiflis Quberniyasında (Gürcüstanda) menşeviklər (sosiyal demokratlar), İravan Quberniyasında daşnaklar (erməni inqilabçıları), Yelizavetapolda isə qafqazlı müsəlman türklərin (Arran və Şirvan türklərinin) maarifçi liberalist-millətçi partiyası olan Müsavat (Bərabərlik) partiyası Milli Şuralar yaradaraq hakimiyyəti ələ alırlar. Və birləşərək Zaqafqaziya Demokratik Federativ Respublikasın yaradırlar (ZDFR). Bakı Quberniyası isə bolşeviklərin qurduğu Bakı Kommunasının hakimiyyəti altında olur. Daşnakların Bakı şöbəsidə onlara qoşulur. Müsavatın Bakı şöbəsi isə onlara tabe olmur. Bolşevik və daşnaklarda silahlı müsavatçıları tərki-silah etmək bəhanəsilə Bakının və hakimiyyətləri altında olan ərazilərin müsəlman əhalisinə qarşı soyqırım edirlər. 1918 ildə Osmanlı dövləti ilə ZDFR müharibə edirlər. Müsavatçıların başçılıq etdiyi Müsəlman Milli Şurası Osmanlı tərəfə keçir. Gürcü menşevikləri isə məğlub olurlar. Osmanlılar Gəncə və Tiflis Quberniyaların ələ keçirirlər. Bu məğlubiyyətdən sonra gürcü Milli Şurasıda təslim olur. İravanda isə erməni dəşnakları müqavimət göstərir. Onların tələbi İravanda öz dövlətlərin yaratmaq idi. İravan isə müsəlmanların haqqı idi. Türk ordusu müəyyən əraziləri ələ keçirsələrdə İravan yaxınlığındakı Sərdarabad döyüşündə təəssüf ki, ağır məğlubiyyətə uğrayırlar. Bundan sonra Osmanlı İravanda Ermənistan dövlətinin yaranmasına icazə verir. Əgər türklər qalib gəlsəydilər Ermənistan dövləti olmayacaqdı, İravan bizim olacaqdı. Batumi müqaviləsilə Tiflisdə eyni vaxtda 3 respublika ermənilər Ermənistan Respublikasın, gürcülər Gürcüstan Respunlikasın, qafqazlı müsəlman türklər (Arran və Şirvan türkləri) isə Azərbaycan Xalq Cümhuriyyətin (Respublikasın) yaradırlar. 15 sentyabrda AXC Bakını alaraq bolşevikləri və daşnakları məğlub edirlər. Batumi müqaviləsinə görə Ermənistan dövləti Osmanlıya və Qarabağa olan iddialarından əl çəkməli idi. Ermənistan rəsmi olaraq əl çəksədə Qarabağ erməniləri Adranik Ozanyanın başçılığı ilə AXC hökümətinə qarşı terror hərakatına başladılar. Ancaq AXC bu terrorun qarşısın aldı. AzSSR dövründədə Qarabağda ermənilər terrora əl atmışdılar. Sovet ordusu erməni terrorçuların məhv etsədə sonradan ermənilərlə razılığa gəlirlər. Və AzSSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətin yaradırlar. AXC dövründə Naxçıvandada Araz Türk Respublikası yaranır. Amma daha sonra Türkiyə Respublikasına birləşdirirlər. ESSR Naxçıvanada ərazi iddiası edirdi. SSRİ TR-dan Naxçıvanı tələb edəndə TR höküməti AzSSR vermək şərtilə razı olur. Ancaq coğrafi olaraq Naxçıvan AzSSR-ə bitişik olmadığı üçün AzSSR-in tərkibində Naxçıvan Muxtar Respublikası yaradılır. Gördüyünüz kimi beləliklə hazırkı sərhəddlər yaranır. Hazırda. 1991 ildə SSRİ dağılır. Və 15 respublika yaranır. 1988 ildən etibarən erməni ekstrimist-separatçı ünsürləri DQMV Ermənistana birləşdirilməsin tələbi ilə ayağa qalxmış bunun nəticəsində Azərbaycan-Ermənistan müharibəsi olmuş Ermənistan ordusu DQ-dakı seperatçı terrorçularla birləşərək Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etmişdir. Hazırda DQ AzR-in nəzarətindən çıxmış qondarma rejimdir. Ancaq ikinci Qarabağ müharibəsi nəticəsində AzR ordusu anti-terror əməliyyatlarına başlamış və Qarabağın çox hissəsini erməni işğalından azad etmişdir. Qalan əraziləri isə RF-nın sülhməramlı qüvvələrinin nəzarətindədir.

Abush Hasanov

Etiketler: 
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum