Bugun...
Söz ola Yunus ola


Sevda GASİMOVA
 
 

 

 

 

 

Söz ola Yunus ola

Sevda Qasımova

 

           Yunus Emre  Tanrı sevgisi ateşinde  XIII-XIV yüzilliklerden günümüze yana-yana yürüyen sufi şairdir. Heyatı haqqında müfessel melumat olmasa da, Anadolunun 10 müxtelif yerinde mezarının olması onun gezib-dolaşdığı  torpaqların ona doğma övladı kimi qucaq açdığını tesdiq edir. Senetkarın bir mezarı da Azerbaycanın Qax rayonundadır. Onun Azerbaycanla bağlılığı bununla bitmir. Zenginliklerini üze çıxardığı, onu daha da cilaladığı orta yüzilliklerin Anadolu türkcesi Azerbaycan türkcesine çox benzer idi. O zamanlar hele ümumtürk edebiyyatı bir vehdet şeklinde inkişaf edirdi. Yunus Emrenin haqq nuruna boyanmış yaradıcılığı müasirlerinin yaradıcılığına da tesir edirdi.  Bu tesirin izlerini İ.Hesenoğlu, Ş.İ.Xetayi ve sair Azerbaycan şairlerinin seirlerinde görürük.

Şairin “Söz ola” heca şeiri xalq dilinin ahengini, hikmetini ve inceliklerini eks etdirir. Ş.İ.Xetayi “Söz” geraylısı ile bu şeire eşlik etmişdir.

 “Keleci bilen kişinün yüzini ag ide bir söz,

Sözi bişürüp diyenün işini sag ide bir söz”  misralarındakı   “keleci /sözünü/ bilen”, “üzünü ağ etmek”, “sözü bişirip demek”  kimi ifadeler günümüz Azerbaycan türkcesinde mövcuddur.  “Sözünü bilen”, “sözü bişirib çıxaran” sözü düşünerek, yerli-yerinde, uyğun zamanda söyleyen anlamındadır. Azerbaycan dilinde “evvel düşün, sonra danış”, “sözünü bişir, çıxar” kimi ifadeler geniş yayılmışdır.

Şeirin daha başqa bir yerinde de bu fikir vurğulanır: “Kişi bile söz demini, demeye sözün kemini”.

Xətayi ise bu fikri bele ifade edir:

Sözünü bir söyleyenin

Sözünü eder sağ bir söz.

Pir nefesin dinleyenin

Yüzünü edər ağ bir söz.

Diger bir bendde ise Xetayi selefinin “Kelecilerün bişürgil yaramazunı şeşürgil, Sözün usıla düşürgil dimegil çag ide bir söz” misralarına benzer şekilde: “Sözünü yaxşı bişirgil, Yaxşı us ilə düşürgil, Yaramazını şaşırgil, Canına оlur dağ bir söz”- deye öyüt verir. “Keleci” menalı söz anlamındadır.

“Söz ola” şeirinin çox zaman iki ferqli şekilde  anlaşılan bendi de diqqet çekir:

 Söz ola kese savaşı, söz ola bitüre başı,

Söz ola agulu aşı balıla yag ide bir söz.

Eski Türkcede “baş” yasa, “bitürmek” ise meydana getirmek, yetiştirmek veya bir bakıma yeşertmek anlamına gəlməktədir (Prof. Dr. Emre Bağçe http://okur-yazar.net/yunusu-neden-dogru-anlamiyoruz-7964). Bu şekildə anlaşılırsa  bele, Yunus Emrenin söze yüklediyi mena burada çox orijinaldır; dünyanı nizama salan qanunnameler bele söz ile yoxdan var olur.

Ş.İ.Xetayinin şeirində ise   “bitüre başı” yerine   “kəsdirər başı” ifadesini işletmekle onunla “keser savaşı” arasında  tezat yaratmış  seslerin ahənginden yararlanmışdır. 

Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı,

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ bir söz.

Şeirin dili baxımından maraqlıdır ki, “bitirmek” sözü Azerbaycan türkcesinde  eyni anlamı daşıyır. Bugünkü Türkcede ise  bu söz son vermek, tükendirmek, sona erdirmek anlamında işlenir.“Dilinin belasına düşdü”, “Dili başına bela oldu” kimi Azerbaycan dilinde mövcud olan xalq ifadelerine Yunus Emrenin sözügeden şeirinde başqa formada rast gəlirik:

Yüri yüri yolunıla, gâfil olma bilünile.

Key sakın key dilünile cânına dâg ide bir söz.

Ş.İ.Xetayi de  selefi kimi “Canına оlur dağ bir söz”  şeire “diqqet et, dilinden canına yük olur söz”   anlamını yüklemişdir.

Sufi-qızılbaş şair Ş.İ.Xetayi Yunus Emrenin “Yûnus imdi söz yatından, söyle sözi gâyetinden, Key sakın o şeh katından seni ırag ide bir söz” misraları ile biten şeirine nezire olaraq yazdığı geraylısını  bitirerken selefinin fikirlerine şerik çıxaraq bildirir ki, sufi olan ele danışmalıdır ki, sözü  onu pir qatından uzaq etmesin:

Şah Xetayi ayatından,

Sözün söyle öz zatından,

Оlmaya kim, pir qatından

Seni ede irağ bir söz.

Bu qarşılaşdırmada Yunus Emrenin istinad edilmiş minlerle şeirlerinden biri nezerden keçirilmişdir.

Şairin xalq hikmetinden yoğrulmuş edebi irsi türk dili, türk düşüncesi, türk medeniyyeti, türk xalqı yaşadıqca yaşayacaqdır.

 

Qaynaqça:

1.Yunus  Emre.Eserleri.1240/1241 – 1320/1321.”Şerq-Qerb”, Bakı, 2009. 355 s.

2.https://katilimdunyasi.com/2017/02/12/yunusu-neden-dogru-anlamiyoruz-prof-dr-emre-bagce/

3.http://enter.news/az/news/society/43480/yunus-emrenin-mezari-tapildi-qaxda#.XCELAtIzbIV

4.http://lankaran.cls.az/front/files/libraries/2113/books/444251182.pdf  bax s.12 6.

5.http://okur-yazar.net/sozu-bilen-kisinin-yuzunu-ag-ede-bir-soz-3250

 

 





YORUMLAR

Henüz Yorum Eklenmemiştir.Bu Haber'e ilk yorum yapan siz olun.

YORUM YAZ



FACEBOOK YORUM
Yorum

YAZARIN DİĞER YAZILARI

HABER ARA
SON YORUMLANANLAR HABERLER
ÇOK OKUNAN HABERLER
VİDEO GALERİ
GÜNDEM'DEN BAŞLIKLAR
YUKARI